KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhərində baş vermiş cinayət faktları və tutulmuş şəxslər barədə

15.12.2015

Dekabrın 14-də Xətai rayonu Zığ yolunda Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Qasım Qasımov idarə etdiyi «Ford Transit» markalı avtomobillə 1950-ci il təvəllüdlü piyada Gülnarə İbrahimovanı vurmuş və o, aldığı xəsarətlər nəticəsində, 3 saylı xəstəxanada ölüb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 14-də A.Gəraybəyli küçəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Eldar İsmayılova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Müseyib Rəhimov tutulub.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1976-cı il təvəllüdlü Zaur Nağıyev tutulub.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Qurban Kazımov tutulub.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 11-nə keçən gecə, Maştağa qəsəbəsində yaşayan Mirseyfəl Məlikovun həyətindən, hasardan keçməklə 32 ədəd xırda buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirzəağa Həbibov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, o, müxtəlif vaxtlarda Maştağa qəsəbəsində Əmiylə Məmmədovanın, Ağaəmi Səlimovun, Ovçu Vəliyevin, Mirvaqif Dadaşovun, Əlihüseyn Əliyevin, Fərid Novruzovun və Fəxrəddin Bağırovun həyətlərindən, ümumilikdə 28 baş xırda buynuzlu heyvan oğurlayıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 12-də Dədə-Qorqud qəsəbəsində Tural Hüseynovun evindən, pəncərənin dəmir barmaqlığı kəsilməklə 7 min manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən T.Hüseynov və Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Zahid Həsənov tutulub.  

Bakı şəhər Baş Polis İdarəsi
15.12.2015