KRİMİNAL XRONİKA

Əsas səhifə

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətdiklərinə görə tutulmuş şəxslər

08.12.2015

Səbail RPİ CAŞ və 9-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Fuad Məhərrəmov tutulub.

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mərdan Əsədullayev tutulub.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 5-də Müşfiqabad qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Vüqar Bəşirova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Rövşən Ağacanov tutulub.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Qurban Namazəliyev tutulub.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 7-də I Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Rövşən Ağayevə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İlqar Vəliyev tutulub.

Bakı şəhər Baş Polis İdarəsi
08.12.2015