KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhərində baş vermiş cinayət faktları,tutulmuş şəxslər və narkotik maddənin aşkar olunması barədə

02.12.2015

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 1-də İ.Dadaşov küçəsində 1992-ci il təvəllüdlü Rafiq Əliyevin üz nahiyyəsinə sirkə turşusu tökməkdə şübhəli bilinən Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Mirzə Məmmədov və 1988-ci il təvəllüdlü Elnur Həşimov tutulublar.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 1-də M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü İntiqam Pənahəliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sənan Məmmədəlizadə tutulub.  

Nəsimi RPİ PPXB əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsidə, noyabrın 30-da A.Mustafayev küçəsində Kamal Mövsümovun 90 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Sənan İsmayılovu tutub və aidiyyatı üzrə 19-cu PB-yə təhvil veriblər.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Elnur Məlikov tutulub.

Səbail RPİ TŞX və 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 26-da A.Nəsirov küçəsində yerləşən, Bakı şəhər sakini Fatimə Həsənzadəyə məxsus köşkdən, qapını sındırmaqla tütün məmulatları, danışıq kartları, sərinləşdirici içkilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Nazir Əsədullayev, 1990-cı il təvəllüdlü Əhməd Əhmədov və 1985-ci il təvəllüdlü Sadiq Nəzərov tutulublar.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Asif Mayılovdan 5 qramdan artıq marixuana götürülüb. Təxirəsalınmaz əməliyyat tədbirləri zamanı ona marixuananı satan Bilgəh qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəmil Atakişiyev və Lənkəran rayon sakini 1980-ci il təvəllüdlü İsgəndər Müzəfərli tutulublar.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 23-də H.Seyidzadə küçəsində Elnarə Babayevanın evindən mobil telefon, 1 ədəd qızıl bilərzik və 229 manat pul oğurlamaqda şübhəli bilinən, həmin evdə kirayədə yaşamış, özünü Nigan kimi təqdim etmiş Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Gülnarə Novruzova tutulub.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Sitarə Quliyeva tutulub.

Bakı şəhər Baş Polis İdarəsi
02.12.2015