KRİMİNAL XRONİKA

Əsas səhifə

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətdiklərinə görə tutulmuş şəxslər

01.12.2015

Noyabrın 30-na keçən gecə, naməlum şəxs Gəncə prospektində Anar Zamanova məxsus «Toyota-Prado» markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlayıb. A.Zamanov həmin şəxsi görüb tutmaq istəyərkən «Lada-Priora» markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Qeyd olunan tarixdə Sadıqcan küçəsində Zaməddin Sadıqova məxsus «Mercedes» markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən sənədlər və H.Aslanov küçəsində Fazil Məmmədova məxsus «Toyota Land-Cruser» markalı avtomobildən, şüşəni sındırmaqla qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon oğurlanıb. Bakı şəhər BPİ TŞX, Xətai RPİ CAŞ, TŞX, 35, 36 və 37-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluq və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Cəlilov idarə etdiyi «VAZ-21723» markalı avtomobillə İ.İsmayılov küçəsində saxlanılıb və avtomobilə baxış zamanı oğurlanmış əşyalar aşkar edilərək götürülüb.

Noyabrın 29-u saat 06 radələrində, Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Afiq Hüseynov idarə etdiyi «Opel» markalı avtomobillə 1953-cü il təvəllüdlü Möhübbət Baxşıyevi vurub. M.Baxşıyev 3 saylı xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər nəticəsində, noyabrın 30-da orada ölüb.

Binəqədi RPİ 5-ci PB və RMİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cari ilin iyun ayından noyabrın 29-dək olan müddətdə Dərnəgül qəsəbəsində Bakı şəhər sakini Namiq Xəmmədova məxsus «Mercedes» markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən 1998-ci il təvəllüdlü Bakı şəhər sakini İslam Məmmədov və Yardımlı rayon sakini Rəsul Ağazadə tutulub.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi  ilə axtarışda olan 1977-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.

Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Elmir Əzimov tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 4-də Bülbülə qəsəbəsində 1985-ci il təvəllüdlü Murad Əliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elmar Mehdiyev tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cari ilin avqust ayının 20-də Bakı şəhər sakini İlahə Abbasovanın etibarından sui istifadə edərək, dələduzluq yolu ilə 6500 manat alıb qaytarmamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü İradə Cəfərova tutulub.

Bakı şəhər Baş Polis İdarəsi
01.12.2015