KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhərində baş vermiş cinayət faktları, tutulmuş şəxslər və narkotik maddənin aşkarlanması barədə

25.11.2015

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 14-də M.Fətəli küçəsində Nəsibə Məlikovanın evindən, açıq qapıdan keçməklə 240 manat, Vidadi küçəsində Edilya Zöhrabovanın, Müjgan Atakişiyevanın, noyabrın 18-də H.Aslanov küçəsində Elşən Seyfullayevin evindən mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Əfrasiyab Əlimov tutulub. Şübhəli şəxsin üzərindən  0,340 qram heroin aşkar olunaraq götürülüb. Ətrafında keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 24-nə keçən gecə, Azərbaycan prospektində Rasim Qayınbəyova məxsus «Kia-Optima» markalı avtomobildən, şüşəsi sındırılmaqla içərisində bank kartları olan pul kisəsini, S.Tağızadə küçəsində Südabə Sədiyevanın mənzilindən içərisində 50 manat, qızıl-zinət əşyaları, bank kartları və sənədlər olan əl çantasını gizli yolla talayıb.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü İlqar Abdullayev tutulub.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1987-ci il təvəllüdlü Rüstəm Dadaşov tutulub.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1956-cı il təvəllüdlü Yusuf İbrahimov tutulub.

Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü İradə Vəliyeva tutulub.


Bakı şəhər Baş Polis İdarəsi
25.11.2015